Siyasət

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti ilə görüşdən sonra mətbuata açıqlama verib

“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri xalqlarımız arasında dostluğun və qardaşlığın təzahürüdür”.

Bu barədə Prezident İlham Əliyev Azərbaycan və Qazaxıstan arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında bildirib.

“Bu gün səfər çərçivəsində ikitərəfli gündəliyin aktual məsələlərinə, regional təhlükəsizliklə bağlı məsələlərə, beynəlxalq problemlərə dair ətraflı danışıqlar aparıldı, çoxlu sənədlər imzalandı”, – Prezident İlham Əliyev qeyd edib.

Azərbaycan Prezidenti vurğulayıb ki, Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Rusiyada dron təhlükəsi: Azərbaycan-Rusiya reysləri də risk altında – xarici aviaşirkət uçuşları dayandırdı

Aynur Camal

Tramp: ABŞ İran üzərində tezliklə qələbə qazanacaq

Aynur Camal

BMT: Xarici dəstək və dronlar Sudandakı müharibəni daha da ağırlaşdırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu