Bugun.tv xəbər verir ki, mütəxəssislər açıq pəncərə ilə yatmağın həm faydalı, həm də riskli tərəflərinin olduğunu bildiriblər.
Məlumatına görə, yataq otağında sərin və təmiz havanın olması yuxu keyfiyyətini artırır, daha rahat yuxuya getməyə kömək edir və beynin fəaliyyətinə müsbət təsir göstərir. Araşdırmalar göstərir ki, otaqda havalandırmanın yaxşı olması karbon qazının səviyyəsini azaldır və səhər yorğunluğunu minimuma endirir.
Mütəxəssislər ideal yuxu temperaturunun 16-18 dərəcə arasında olduğunu qeyd edirlər. Açıq pəncərə həmçinin otaqdakı rütubəti azaltmağa və hava dövranını yaxşılaşdırmağa kömək edir.
Lakin alimlər bəzi hallarda bunun zərərli ola biləcəyini də vurğulayıblar. Xüsusilə böyük şəhərlərdə küçə səs-küyü, avtomobil qazları, toz və allergenlər yuxu keyfiyyətini pisləşdirə bilər. Araşdırmalara görə, gecə səs-küyü insan oyanmasa belə, orqanizmdə stress hormonlarının artmasına səbəb ola bilər.
Həkimlər allergiyası və ya astması olan şəxslərə xüsusilə yaz-yay mövsümündə ehtiyatlı olmağı tövsiyə edirlər.
Mənbə: mail.ru
