9 C
Baku
29 Aprel 2026, 11:46
Digər

Araşdırma: Hansı ölkə nə qədər yatır – nəticələr gözləniləndən fərqlidir

yuxusuzluq, emosional yemək, sağlam pəhriz, yuxu və çəki, araşdırma, qida vərdişləri, sağlam həyat

Alimlərin apardığı yeni tədqiqat müxtəlif ölkələrdə insanların yuxu müddətində ciddi fərqlər olduğunu ortaya qoyub. 20 ölkədə 5 min nəfərin iştirakı ilə aparılan araşdırma göstərir ki, yuxu yalnız biologiya ilə deyil, həm də mədəniyyətlə sıx bağlıdır.

Araşdırmaya əsasən, ən çox yatan ölkə Fransa olub – burada insanlar gecə orta hesabla 7 saat 52 dəqiqə yatır. Onu Niderland (7 saat 45 dəqiqə), BelçikaYeni Zelandiya izləyir.

Böyük Britaniya isə 7 saat 33 dəqiqə ilə beşinci yerdə qərarlaşıb.

Siyahının sonunda isə Yaponiya yer alır. Bu ölkədə insanlar gecə orta hesabla cəmi 6 saat 17 dəqiqə yatır. Digər Asiya ölkələri – Cənubi Koreya, SinqapurTayvan da daha az yuxu ilə seçilir.

Tədqiqatın müəlliflərindən Steven Heine bildirib ki, “hamı üçün ideal olan vahid yuxu müddəti yoxdur”. Onun sözlərinə görə, geniş yayılmış “8 saat yuxu” tövsiyəsi hər kəs üçün uyğun olmaya bilər.

Maraqlı nəticələrdən biri də odur ki, az yatan ölkələrdə sağlamlıq göstəriciləri mütləq şəkildə daha pis deyil. Hətta bəzi hallarda piylənmə səviyyəsinin daha aşağı olduğu müşahidə edilib.

Araşdırma həmçinin göstərib ki, yuxu vərdişləri mədəni normalarla formalaşır. Məsələn, Fransada uzun yuxu müsbət qəbul edildiyi halda, Yaponiyada işləmək və aktiv olmaq daha çox dəyərləndirilir. Bu da insanların yuxu müddətinə birbaşa təsir edir.

Nəticə olaraq, alimlər bildirir ki, yuxu ilə bağlı tövsiyələr hazırlanarkən yalnız tibbi deyil, mədəni faktorlar da nəzərə alınmalıdır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Kral Charles-dan Trampa cavab: “Biz olmasaydıq, siz fransızca danışırdınız”

Aynur Camal

Dünyanın ən yoxsul ölkələri açıqlanıb: Afrika ilk sıralarda

Aynur Camal

Tramp: “Amerikalıların ingilislərdən daha yaxın dostu yoxdur”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu