Səhiyyə

Araşdırma: omeqa-3 əlavələri yaşlılarda idrak funksiyalarının zəifləməsi ilə əlaqələndirilib

Beyin sağlamlığını qorumaq üçün tez-tez tövsiyə olunan Omeqa-3 əlavələrinin yaşlı insanlarda gözlənilən əks təsir göstərə biləcəyi bildirilir.

The Journal of Prevention of Alzheimer’s Disease jurnalında dərc olunan yeni araşdırmaya əsasən, omeqa-3 kapsulları qəbul edən iştirakçılarda idrak testlərinin nəticələri daha sürətlə pisləşib.

Bugun.tv-xəbər verir ki, Çin alimləri Alzheimer xəstəliyi üzrə neyrovizuallaşdırma təşəbbüsünün məlumatlarını təhlil ediblər. Beş il ərzində 273 nəfər omeqa-3 əlavəsi qəbul edən yaşlı insan müşahidə olunub və onların nəticələri bu əlavələri qəbul etməyən 546 nəfərlə müqayisə edilib.

Araşdırma göstərib ki, omeqa-3 qəbul edən iştirakçılarda üç əsas idrak testində nəticələr daha sürətlə zəifləyib. Tədqiqatçılar bildiriblər ki, bu pisləşmə Alzheimer xəstəliyinə xas olan amiloid yığıntıları və ya tau zülalının anormal toplanması ilə bağlı olmayıb.

Beyin skanları isə fərqli bir məqamı üzə çıxarıb. Omeqa-3 əlavəsi qəbul edən şəxslərdə qlükoza mübadiləsinin azalması müşahidə olunub. Alimlərin fikrincə, bu hal beyin hüceyrələri arasındakı əlaqələrin zəifləməsinə, yəni sinaptik funksiyanın pozulmasına işarə edə bilər.

Tədqiqat müəllifləri qeyd ediblər ki, hazırkı nəticələr omeqa-3 əlavələrinin yaşlılarda idrak sağlamlığı üçün birmənalı faydalı olduğunu təsdiqləmir. Onların fikrincə, bu əlavələrin kimlər üçün və hansı dozada təhlükəsiz və effektiv olduğunu müəyyən etmək üçün əlavə klinik sınaqlara ehtiyac var.

Alimlər onu da vurğulayıblar ki, bu araşdırma müşahidə xarakterlidir. Buna görə də nəticələr birbaşa səbəb-nəticə əlaqəsini deyil, yalnız mümkün əlaqəni göstərir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Dietoloq: yulaf və arpa ürək-damar sağlamlığı üçün faydalı lif mənbəyidir

Aynur Camal

Maqnezium çatışmazlığının əsas əlamətləri açıqlanıb

Aynur Camal

“Skuter və mini-motosikletlər uşaqlarda ağır xəsarətlərin əsas səbəbinə çevrilib”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu