Səhiyyə

Arıqlama dərmanlarının ciddi göz xəstəliyi yarada biləcəyi barədə xəbərdarlıq edildi

Bugun.tv xəbər verir ki, Avstraliya Dərman Məhsulları İdarəsi (TGA) piylənmə və 2-ci tip diabetin müalicəsində istifadə olunan GLP-1 qrupuna aid arıqlama dərmanlarının nadir, lakin ciddi göz xəstəliyinə səbəb ola biləcəyi barədə xəbərdarlıq yayıb.

Qurumun məlumatına görə, bu preparatlar arteritik olmayan ön işemik optik neyropatiya (NAION) adlanan xəstəliyin yaranma riskini artıra bilər. Bu xəstəlik görmə sinirinə qan axınının pozulması nəticəsində inkişaf edir və bəzi hallarda daimi görmə itkisi, hətta korluqla nəticələnə bilər. Hazırda həmin xəstəliyin görməni tam bərpa edən təsdiqlənmiş müalicə üsulu yoxdur.

TGA bildirib ki, indiyədək GLP-1 preparatlarının istifadəsi ilə əlaqələndirilən 36 NAION hadisəsi qeydə alınıb. Xəstəlik adətən qəfil, ağrısız görmə zəifləməsi ilə başlayır və əksər hallarda geri dönməz olur.

Qurum GLP-1 dərmanlarından istifadə edən şəxslərə hər hansı görmə pozuntusu və ya qəfil görmə itkisi hiss etdikdə preparatın qəbulunu dayandıraraq dərhal həkimə müraciət etməyi tövsiyə edib.

GLP-1 preparatları qanda şəkərin səviyyəsini və iştahanı tənzimləyən hormonun təsirini təqlid edir və əsasən 2-ci tip diabetin müalicəsində, eləcə də arıqlamaq məqsədilə istifadə olunur.

Mənbə: Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

Tomsk alimləri sümüklərin bərpası üçün bioelektrik implant hazırladı

Aynur Camal

Həkim xəbərdarlıq etdi: Bu şəxslər qovun yeməməlidir

Aynur Camal

Həkim: Dişlərin vaxtından əvvəl itirilməsi ömrün uzunluğuna təsir göstərə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu