Image default
Baş xəbər

Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi yayılan iddialarla bağlı rəsmi açıqlama verdi

Bugun.tv xəbər verir ki, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi son günlər bəzi televiziya kanallarında və sosial media platformalarında klinika ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Klinikanın yaydığı rəsmi açıqlamada qeyd olunur ki, ictimaiyyətə təqdim edilən materiallar hadisələrin bütün tərəflərini əks etdirmir və birtərəfli yanaşma əsasında hazırlanıb. Bildirilir ki, səsləndirilən müraciət dərhal araşdırılıb, tibbi sənədlər və mövcud məlumatlar təhlil edilib.

Açıqlamaya görə, müalicənin nəticəsinə pasiyentin sağlamlıq vəziyyəti, fərdi xüsusiyyətləri və həkim tövsiyələrinə əməl olunması kimi müxtəlif amillər təsir göstərə bilər. Klinikada hesab edirlər ki, hər bir konkret hadisə yalnız tibbi sənədlər və peşəkar ekspertiza əsasında obyektiv qiymətləndirilə bilər.

Mərkəz həmçinin vurğulayıb ki, fəaliyyətində pasiyent hüquqlarının qorunması, tibbi etika qaydalarına riayət olunması və göstərilən xidmətlərin keyfiyyəti əsas prioritetlərdəndir. Açıqlamada qeyd edilir ki, klinika ərazisində əvvəlcədən razılaşdırılmadan çəkiliş aparılması daxili qaydalara, eləcə də digər pasiyentlərin məxfiliyinin qorunması prinsiplərinə uyğun deyil.

Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi media nümayəndələrini jurnalist araşdırmaları zamanı peşə etikası, obyektivlik, bütün tərəflərin mövqeyinin öyrənilməsi və məlumatların dəqiqləşdirilməsi prinsiplərinə əməl etməyə çağırıb.

Klinika sonda fəaliyyətini bundan sonra da qanunvericiliyin tələblərinə uyğun, peşəkarlıq, şəffaflıq və məsuliyyət prinsipləri əsasında davam etdirəcəyini bildirib.

Mənbə: XəbərAgentliyi

Aynur Camal

Oxşar xəbərlər

Anar İsgəndərov: Həsən bəy Zərdabi ilə başlanan Milli Mətbuatımız

Aynur Camal

Ceyhun Məmmədov: Peşəkar və məsuliyyətli jurnalistika dövlətimizin inkişafının mühüm dayaqlarındandır

Aynur Camal

Vüqar Bayramov: Peşəkar və qərəzsiz jurnalistika media inkişafının əsas hərəkətverici qüvvəsidir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu