27 C
Baku
27 İyul 2024, 8:00
Baş xəbərMədəniyyətMüsahibə

“Bir günlük bəy axtarışı”

Son zamanlar sosial şəbəkələrdə ayaq açan “bəy axtarışı”-na rast gəlinir. Bu mövzu ilə bağlı kinorejissor, “Toy tələsi” filminin layihə rəhbəri Faiq Nağıyev Bugün.tv ə müraciətində bildirib ki, bu bizim çəkdimiz filmin ssenarisindən götrülüb. Onun sözlərinə görə, “ bu paylaşılan statuslar çəklişinə start verdiyimiz “Toy tələsi” filminin ssenarisindən götürülüb. Ssenarinin mövzusu icazəsiz sosial şəbəkələr də gündəmə gətiriblər. 2020-ci ildə Yeganə Kərimzadə tərəfindən mənim xahişimlə yazılan bu ssenari əslində elə real həyatdan götrülüb.

Biz ikimiz Yeganə xanım və mən bu hadisənin yaxın şahidləriyik. Mən bu hadisədən təsirlənib Yeganə Kərimzadədən xahiş etdim ki, bu hadisənin ssenarisini yazsın. 2021-ci ildə artıq ssenarini film formatında qaydaya saldım. Bundan sonra hətta mənim tanış dostlarım məndən xəbərsiz Yeganə xanımdan ssenarini alıb film çəkmək istəyiblər.

Yeganə xanım da təbii ki razılaşmayıb, və onlara bildirib ki, sizdən öncə hadisənin real həyatda şahidi olan Faiq Nağıyev özü artıq ssenarinin film formatını hazırlayıb. Haqq sahibi odur”.

Faiq müəllimin sözlərinə görə, artıq O filmin çəklişinə tam hazırdır.

Midhət Aydın, Gülsabah Quliyeva, Mehriban Xanlarova, Samaya Sadıqova, Nahidə Orucova, Ruhiyyə Yusifova, Tahir İsmayılov, Samirə Cavanşir, Vüqar Vaqifoğlu, və başqalarının çəkildiyi bu filmin aktyor aktrisa heyəti də tam hazırdır. Filmdə rol alanlar hamısı peşəkarlardır və bütün aktyor aktrisa heyyəti ssenari ilə çoxdan tanışdırlar.

O qeyd edir ki, “mən təcüblənirəm ki, artıq çəklişinə start verdiyim bir filmin mövzusunu necə sosial şəbəkələrdə öz adlarına çıxaraq paylaşırlar. Düşünürəm bu mənə qarşı qara bir kampaniyadır. Necə ki ilk “Aldanmış Hisslər” filmimin çəklişində bu cür təxribatlar edirdilər eyniylə bu tarix təkrarlanır.

Əslində bu hadisədə 400 azn məbləğ doğru verilməyib, özlərindən təxmini rəqəm veriblər. Mövzunu tam bilmirlər yarıyarımçıq paylaşırlar.

Təxminən kimlərin bu cür qara kompaniyalar təşkil etdiklərini təbii ki bilirəm, sadəcə adlarını gündəmə gətirmək istəmirəm.

Filimə gəlincə, Toy Tələsi tragikomediya janırdadır. Lakin filimdə hər hansı bir təlxəklik, bayağı komediya yoxdur. Hadisələrin cərəyanı, iştirakçıların düşdüyü vəziyyətin özü komediya doğurur”.

Qeyd edək ki, film Oktyabr ayında kinoteatrlarda nümayiş etdiriləcək. Və üzmüzə gələn ayda , Sentyabrın ortalarında filmin treyleri yayımlanacaq.

Bugün.tv

Aynur Camal

Oxşar xəbərlər

Prezident İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanlayıb

Aynur Əfəndi Zadə

Terror hücumu oldu: 12 ölü var

Bugün TV

4,2 bal gücündə zəlzələ baş verdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu