Siyasət

D.Medvedev: Rusiya Üçüncü Dünya Müharibəsinin başlamasına imkan verməyəcək.

” Rusiya Üçüncü Dünya Müharibəsinin başlamasına imkan verməyəcək, lakin hücum zamanı dərhal cavab verə bilər.” Bugün.tv xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Sarovdakı nüvə mərkəzinə səfərindən sonra özünün Telegram kanalında bildirib.
O, ölkənin nüvə sipərini müasir, etibarlı, effektiv silahların arsenalı adlandırıb ki, bu da “bu gün də üçüncü dünya müharibəsini törətmək istəyənləri bu ambisiyalardan soyudur.
“Biz belə vəziyyətə yol verməyəcəyik. Amma biz daim xatırlatmaq məcburiyyətindəyik ki, ölkəmizə hücum olarsa, dövlətimizi təhdid edən istənilən təcavüzü dəf etmək üçün dərhal cavab verə bilərik.”- deye D.Medvedev yazıb.
Onun sözlərinə görə, sanksiyalar qarşısında Rusiya elminə dəstək vermək lazımdır. “Biz idxalı əvəzləməni artıracağıq, orijinal yerli inkişafları tətbiq edəcəyik, perspektivli mütəxəssislər hazırlayacağıq.
İri dövlət korporasiyaları və özəl müəssisələr sifarişçi və təşkilatçı kimi bu işə qoşulmalıdırlar. Biz dost ölkələrlə elmi-texniki əməkdaşlığa açığıq”, – deyə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib.

Bugün TV

Oxşar xəbərlər

ABŞ dövlət katibi Blinken sosial şəbəkədə atəşkəsə çağıran paylaşımını silib

Bugün TV

Rusiya prezidentliyinə namizədlərin qeydiyyatı başa çatdı

Bugün TV

Yeni yolun və Araz çayı üzərində körpünün tikintisinə 14 milyon ayrıldı – Sərəncam

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu