Səhiyyə

Dietoloq səhər yeməyi üçün ən zərərli məhsulları açıqladı

Bugun.TV xəbər verir ki, dietoloq-endokrinoloq Anton Polyakov hazır şirin səhər yeməklərinin sağlamlıq üçün ciddi risk yaratdığını bildirib. Onun sözlərinə görə, şokoladlı toplar, halqalar və südlə yeyilən şirin qarğıdalı lopaları tam qida deyil, daha çox desert hesab olunur.

Mütəxəssis qeyd edib ki, bu cür məhsulların müntəzəm istifadəsi xüsusilə uşaqlarda və azhərəkətli həyat tərzi keçirən insanlarda piylənmə və şəkərli diabet riskini artırır.

Anton Polyakov bildirib ki, tərkibində çoxlu şəkər və sadə karbohidrat olan hazır səhər yeməkləri qanda şəkərin sürətlə yüksəlməsinə səbəb olur. Bu isə sonradan aclıq hissinin daha tez yaranmasına və artıq çəki probleminə gətirib çıxara bilər.

Dietoloq zərərli şirin məhsullar əvəzinə daha faydalı seçimlərə üstünlük verilməsini tövsiyə edib. Onun sözlərinə görə, suda bişirilmiş tam taxıllı sıyıqlar və digər sağlam qidalar səhər yeməyi üçün daha uyğun variant hesab olunur.

Həkim həmçinin süd məhsullarının həddindən artıq istifadəsindən də çəkinməyi məsləhət görüb. O bildirib ki, südün tərkibində də kifayət qədər sadə karbohidrat var və normadan artıq istifadə edildikdə sağlamlığa mənfi təsir göstərə bilər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Stress qocalmanı sürətləndirir: Xarici görünüş necə dəyişir?

Aynur Camal

Avropa Komissiyası: Hantavirusun yayılma riski aşağı qiymətləndirilir

Aynur Camal

Səhərlər daha təravətli görünməyin sadə yolları açıqlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu