Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə təsis edilmiş Gənclər Fondunun 10 illiyi münasibəti ilə Bakı Biznes Mərkəzində jurnalistlərlə konfrans və Dənizkənarı Milli Park ərazisində isə gənclər festivalı təşkil olunub. Bugün.tv xəbər verir ki, Festivalda Fondun həyata keçirdiyi proqramlar və irimiqyaslı layihələrin əyani təqdimatı, aparıcı gənclər və könüllü təşkilatlarının stendlərindən ibarət sərgi, intellektual oyunlar, yumşaq bacarıqlar üzrə təlimlər, viktorinalar, istedadlı gənclərin musiqi proqramları təşkil edilmişdir. Festival zamanı Fondun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr haqqında infoqrafik və informativ videolar, o cümlədən Fondun yerli və beynəlxalq tərəfdaşlarının təbrik müraciətləri nümayiş olunub.
əvvəlki yazı
- Şərhlər
- Facebook şərhləri