Səhiyyə

Gündə beş porsiya meyvə və tərəvəz yeyən insanların səhvi açıqlandı

Bugun.tv xəbər verir ki, gündə beş porsiya meyvə və tərəvəz yemək tövsiyəsi insanın bəzi faydalı bioaktiv maddələrdən kifayət qədər qəbul etməsinə zəmanət vermir. Çünki müxtəlif meyvə və tərəvəzlər həmin maddələrin tərkibinə görə bir-birindən fərqlənir. Bu barədə “The Conversation” nəşrinə Redinq Universitetinin qidalanma və qida elmləri professoru Qünter Kul araşdırmanın nəticələrinə istinadən danışıb.

Araşdırmada Böyük Britaniya və ABŞ-dan təxminən 30 min insan iştirak edib. Alimlər iştirakçıların yalnız qidalanmasını deyil, həm də sidikdə flavanolların biomarkerinin səviyyəsini qiymətləndiriblər. Bu göstərici həmin birləşmələrin orqanizm tərəfindən nə qədər mənimsənildiyini müəyyən etməyə imkan verir. Flavonoidlər orqanizmin hüceyrələrini zədələnmədən qoruyan faydalı bitki birləşmələridir.

Tədqiqatçılar gündə 500 milliqram flavanolu əvvəlki məlumatlara əsasən sağlamlıq üçün fayda ilə əlaqəli ola biləcək miqdar kimi əsas götürüblər. Məlum olub ki, hətta gündə beş porsiya meyvə və tərəvəz yemək tövsiyəsinə əməl edən insanların arasında belə bu səviyyəyə çatanların sayı hər beş iştirakçıdan birindən az olub.

Qünter Kulun sözlərinə görə, səbəb müxtəlif bitki məhsullarında flavanolların miqdarının kəskin fərqlənməsidir. Gül kələmi, kök və xiyarda bu birləşmələr demək olar ki, yoxdur, bəzi meyvə və giləmeyvələrdə isə onların miqdarı xeyli çox ola bilər. Buna görə təsadüfi seçilmiş beş porsiya orqanizmi lazımi miqdarda flavanolla təmin etməyə bilər.

Araşdırmada bir porsiya təxminən 80 qram meyvə və ya tərəvəz hesab edilib. Bu, bir orta ölçülü alma, banan və ya portağal, 30 qram quru meyvə və ya 150 millilitr təbii meyvə və ya tərəvəz şirəsinə bərabərdir.

Mənbə: Health Mail 

Aynur Camal

Oxşar xəbərlər

40 yaşdan sonra dəriyə qulluq üçün 7 gözəllik cihazı açıqlandı

Aynur Camal

Alma qabığını soymaq nə qədər faydalıdır? Həkim izah etdi

Aynur Camal

Sağlam böyüklər üçün gündəlik zülal norması açıqlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu