30.4 C
Baku
10 Avqust 2026, 18:19
Səhiyyə

Gündə 30 dəqiqəlik 3 sadə məşq beyin sağlamlığını qoruyur

Alimlər yaşlı insanlarda yaddaşı və düşünmə qabiliyyətini qorumaq üçün gündə 30 dəqiqəlik sadə proqram təklif edir.

Science.Mail.ru-nun dərc etdiyi yeni araşdırmaya görə, 59 yaşdan yuxarı 102 nəfər 12 həftə ərzində hər gün 3 məşq edib: 10 dəqiqə ucadan oxumaq, 10 dəqiqə əlyazma ilə yazmaq, 10 dəqiqə sadə riyazi misallar həll etmək. Mövzuları iştirakçıların özləri seçib.

Nəticə: Proqramdan əvvəl və sonra aparılan Mini-Montreal Kognitiv Qiymətləndirmə testində orta bal 12,73-dən 13,26-ya yüksəlib. Əsas yaxşılaşma yaddaş sahəsində qeydə alınıb. İştirakçıların özləri də gündəlik həyatda daha yaxşı xatırlamağa başladıqlarını bildiriblər.

Alimlər izah edir: ucadan oxumaq görmə + eşitməni birləşdirir, diqqəti artırır. Əlyazma xırda motorikanı və yaddaşı gücləndirir. Sadə riyaziyyat isə məntiqi və diqqəti stres yaratmadan saxlayır.

Ən yaxşı nəticə evdə müstəqil yaşayanlarda olub. Çünki gündəlik qərarlar beyinə əlavə yük verir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Yeni psixodelik dərman həm beyni sağaldır, həm mədəni qoruyur

Aynur Camal

Alimlər uşaqlarda böyrək çatışmazlığını yeni üsulla müalicə edir

Aynur Camal

Uşaqlar üçün D vitamininin 4 ən yaxşı qida mənbəyi açıqlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu