Səhiyyə

Həkim rəngli duzların əsl fərqini açıqladı

Bugun.tv xəbər verir ki, mütəxəssislər müxtəlif rəngli duz növləri – ağ, qara və çəhrayı duzlar arasındakı fərqlərin marketinqdə təqdim olunduğu qədər böyük olmadığını bildirib.

Rusiyadan olan həkimin Pavel Yelkinin sözlərinə görə, bütün duz növlərinin əsas tərkibi natrium xloriddən ibarətdir və bu maddə duzun 97-99 faizini təşkil edir. O qeyd edib ki, adi süfrə duzu xüsusi təmizlənmədən keçir və əksər hallarda yodla zənginləşdirilir. Bu isə qalxanabənzər vəzi xəstəliklərinin qarşısının alınması baxımından vacib hesab olunur.

Pavel Yelkin bildirib ki, dəniz duzunda maqnezium, kalium və kalsium kimi minerallar olsa da, onların miqdarı olduqca azdır və ciddi sağlamlıq faydası yaratmır.

Mütəxəssis Himalay çəhrayı duzunun rəngini dəmir və digər minerallardan aldığını desə də, həmin maddələrin miqdarının çox az olduğunu və müalicəvi təsir göstərmədiyini vurğulayıb.

Həkim əlavə edib ki, əsas təhlükə duzun növündə deyil, həddindən artıq istifadəsindədir. Onun sözlərinə görə, artıq duz qəbulu yüksək təzyiq və ürək-damar xəstəlikləri riskini artırır. Gündəlik duz norması isə 5 qramdan çox olmamalıdır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Alimlər ürəyin həqiqi yaşını müəyyənləşdirməyin yolunu tapıblar

Aynur Camal

Həkim duz qəbulunu azaltmağın gözlənilməz üsulunu açıqladı

Aynur Camal

Diş həkimi: Bir dişin itirilməsi belə üzün daha tez qocalmasına səbəb ola bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu