DünyaSəhiyyə

Hansı həbləri bölmək olmaz?

Rusiyalı həkim Olqa Tkaçeva (Ольга Ткачева) açıqlayıb ki, bəzi dərman həblərini hissələrə bölmək onların təsirini dəyişdirə və sağlamlıq üçün risk yarada bilər.

Bugun.tv xəbər verir ki, mütəxəssis xüsusi örtüklə hazırlanmış və ya dərman maddəsini tədricən buraxan həblərin hissələrə ayrılmasının tövsiyə edilmədiyini bildirib.

Mütəxəssislərin sözlərinə görə, aşağıdakı dərman formalarını bölmək olmaz:

  • Bağırsaqda həll olunan qoruyucu örtüklü həblər;
  • Uzadılmış və ya tədricən təsir göstərən preparatlar;
  • Kapsul şəklində olan dərmanlar;
  • Dozasının dəqiq saxlanılması vacib olan preparatlar.

Qeyd olunur ki, belə həblər bölündükdə dərman maddəsi orqanizmə nəzərdə tutulduğundan daha tez daxil ola bilər və bu da yan təsirlərin yaranmasına səbəb ola bilər. Bəzi hallarda isə əksinə, preparatın müalicəvi təsiri zəifləyir.

Həkimlər dərmanı hissələrə ayırmazdan əvvəl təlimatı diqqətlə oxumağı və ya mütləq həkim və əczaçı ilə məsləhətləşməyi tövsiyə edirlər. Adətən, üzərində xüsusi bölmə xətti olan həblər yarıya bölünə bilər, lakin bunun da istehsalçının göstərişlərinə uyğun aparılması vacibdir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

“Pambıq şəkərdən daha yüngül” iki nəhəng ekzoplanet aşkar edildi

Aynur Camal

Son 24 saatda dünyada 4 güclü zəlzələ baş verdi

Aynur Camal

Az yatmaq niyə kökəldir? Mütəxəssislər səbəbləri açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu