Baş xəbər

Macarıstan əczaçılıq şirkəti Bakıda

 Azərbaycanın Səhiyyə Nazirliyində farmasevtika sahəsi üzrə fəaliyyət göstərən Macarıstan şirkətlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə həmçinin Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman da iştirak edib.

 Bugün.tv Səhiyyə Nazirliyindən əldə etdiyi məlumata əsasən, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında bir çox sahələrdə geniş əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb.

  Nazir çıxışında innovasiyaların iqtisadi və sosial inkişafın əsas təkanverici qüvvəsi olduğunu vurğuladı. Onun sözlərinə görə, bu gün səhiyyədə innovativ yanaşma və innovasiyaların tətbiqi zamanın tələbidiBildirilib ki, əczaçılıq sənayesi dünya iqtisadiyyatının ən çox bilik tələb edən yüksək texnologiyalı və eyni zamanda sürətlə inkişaf edən seqmentlərindən biridir. Macarıstan əczaçılıq məhsullarının hər zaman yüksək keyfiyyətinə görə seçildiyini vurğulayan nazir ikitərəfli münasibətlərin bundan sonra da uğurlu və dinamik inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.

 Sonra farmasevtika sahəsi üzrə fəaliyyət göstərən Macarıstan şirkətlərinin nümayəndələri öz məhsulları haqqında ətraflı məlumat verdilər. Onlar Azərbaycan ilə əczaçılıq sənayesi sahəsində əməkdaşlığın daha daha da yüksək səviyyəyə olmasında maraqlı olduqlarını vurğuladılar.

Qarşılıqlı anlaşma mühitində keçən görüş zamanı əczaçılıq sahəsində əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub.

Aynur Camal

Oxşar xəbərlər

Dövlət çevrilişi etməkdə şübhəli bilinən 2 nəfər həbs edildi

Bugün TV

Rusiya Ukrayna müharibəsində İran PUA-larından istifadəni artırıb

Aynur Camal

Güclü yağış səbəbindən 8 ev təxliyə edildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu