10 C
Baku
16 Fevral 2026, 21:59
Baş xəbərDigər

“Media və təhsil dialoqu” mövzusunda təlim-seminara start verilib

Bugün.tv təhsil nazirliyinə istinadən bildirir ki,  sentyabrın 8-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün təşkil edilən “Media və təhsil dialoqu” mövzusunda təlim-seminar öz işinə başlayıb.

Təlimdə Regional təhsil idarələrinin, eləcə də tabe qurumların PR əməkdaşları da iştirak edir.

Təlimin məqsədi təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və təhsil sahəsi üzrə görülən işlər, yeniliklərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

Nicat Məmmədli

Tədbirdə çıxış edən Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Azərbaycanda ali təhsilin baha olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

O çıxışı zamanı bildirib ki, əlbəttə, könül istəyər ki, qiymətlər daha ucuz olsun və tələbələr daha ucuz qiymətə təhsil ala bilsinlər. Lakin daha ucuz qiymətə daha yaxşı təhsil almaq kifayər qədər çətin məsələdir. Çünki təhsil bahalıdır və ciddi maliyyə təminatı olmalıdır. Burada maliyyənin artırılmasından danışanda həmin vəsaitin doğru istiqamətlərə yönləndirilməsi məsələsi də diqqət alınmalıdır.

Qeyd edək ki, ikigünlük təlim-seminar sentyabrın 9-da yekunlaşacaq.

Aynur Camal

Oxşar xəbərlər

“Azərbaycan-Ermənistan ticarət əlaqələri rəsmi statistikada əksini tapıb”

Aynur Camal

Rəsmi olaraq Azərbaycan və Serbiya strateji tərəfdaşlıq şurası yaradıldı

Aynur Camal

AzTV-nin 70 illiyi qeyd olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu