Dünya

Mitch McConnell xəstəxanadan evə buraxıldı

ABŞ Senatı Respublikaçılarının keçmiş lideri Miç Makkonnell 6 Avqustda reabilitasiya mərkəzindən evə buraxılıb. O, 14 İyun tarixində yıxılma və pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

84 yaşlı senator ofisi vasitəsilə açıqlama yayaraq dostlara və həkimlərə təşəkkür edib. Bildirib ki, evdən intensiv fiziki terapiya keçirəcək və Senat işləri ilə əlaqə saxlayacaq.

Xatırladaq ki, Makkonnell iyunun 14-dən bəri Senatda görünmürdü. Bu müddətdə səhhəti ilə bağlı çoxlu söz-söhbət yayılmışdı. O, iyulun 12-də ilk dəfə ictimaiyyətə açıqlama verərək yıxıldığını təsdiqləmişdi.

Qeyd edək ki, Makkonnell 2026-cı ilin noyabrında 8-ci dəfə seçkilərə qatılmayacağını açıqlayıb. 41 illik Senat karyerası 3 Yanvar 2027-ci ildə başa çatacaq.

Mənbə: USA Today

Aynur Camal

Oxşar xəbərlər

Araşdırma: Son illər insanlarda idrak göstəriciləri həqiqətən də azalıb?

Aynur Camal

Tramp Çinə qarşı rəqabət üçün günəş enerjisi və çip sənayesinə yeni ticarət tədbirləri açıqladı

Aynur Camal

Avropa meşə yanğınlarına qarşı yeni nəsil yanğınsöndürən təyyarələr hazırlayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu