16 C
Baku
18 Noyabr 2025, 22:46
Dünya

Pakistan Yunanıstanın immiqrasiya siyasətinə reaksiya verdi!

Bugun.tv xəbər verir ki, Pakistanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə bölməsindəki daimi nümayəndəsi səfir Zaman Mehdi Yunanıstan dənizində miqrant qayığının batmasından sonra Afinanın immiqrasiya siyasətinə reaksiya verib.

Z.Mehdi BMT-nin İnsan Haqları Şurasının iclasında bu barədə çıxış edib.

O, belə bir status-kvonun qəbuledilməz olduğunu ifadə edib. “Məsuliyyətin bölüşdürülməsi, təhlükəsiz və vaxtında axtarış-xilasetmə tənzimləmələri, dənizdə xilas edilən bütün insanların gəmidən endirilməsi və cavabdehlik məsələlərindəki boşluqlar həmrəylik ruhu ilə bağlanmalıdır”.

Pakistan Yunanıstan sahillərində batan qayığın göyərtəsində 350-yə yaxın vətəndaşın olduğunu açıqlayıb.

Xatırladaq iyunun 14-də Yunanıstanın Peloponnes adasında yerləşən Navarino şəhərində. sularda qeyri-qanuni miqrantları daşıyan balıqçı qayığı çevrilib, 82 nəfər ölüb, 104 nəfər xilas edilərək Kalamata limanına gətirilib.

Mənbə: TRT Haber

Kəmalə Sultan

Oxşar xəbərlər

Çayın daha bir faydası kəşf edildi: Ağır metallardan təmizləyir!

Aynur Camal

Restoran sahibindən inanılmaz sayğac!

Aynur Camal

Terror təşkilatının üzvü olan 11 nəfər həbs edildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu