Bugun.tv xəbər verir ki, Yasamal rayon ərazisində quldurluq törədilib. “Khazar” markalı avtomobildə olan 2 sərnişin maşını idarə edən şəxsi əllə boğmağa cəhd göstəriblər. Bu zaman sürücü avtomobili tərk etməli olub. Həmin şəxslər isə nəqliyyat vasitəsini qaçırıblar. Hadisə ilə bağlı polisə məlumat verilib.
Daxili İşlər Nazirliyindən bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Xırdalan ərazisindən tapılıb. Polis əməkdaşları quldurluğu törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Vasif Mikayılovla Abşeron sakini Bəymurad Ənvərlini saxlayıb.
Qeyd edək ki, onlar əvvəllər də müxtəlif maddələrlə həbs olunublar.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.