Dünya

Rekord istilər təhlükəli hava buludları yaradır

İspaniya və Fransada rekord göstəricilərə çatan anomal istilər fonunda genişmiqyaslı meşə yanğınları tüğyan edir. Yanğınların miqyası o qədər intensivləşib ki, bəzi bölgələrdə alovlar öz lokal hava buludlarını — pirokumulonimbus atmosfer təzahürlərini formalaşdırıb.

Bu barədə ScienceDaily nəşri məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, yanğınların yaratdığı güclü istilik və tüstü axını atmosferin yuxarı qatlarına qalxaraq yanğın fırtınalarına və gözlənilməz küləklərə səbəb olan təhlükəli pirokumulonimbus buludlarının yaranmasına gətirib çıxarır. Bu proses yanğınsöndürənlərin işini kəskin çətinləşdirir və alovun daha sürətlə yayılmasına şərait yaradır.

Hazırda hər iki ölkənin fövqəladə hallar xidməti minlərlə sakini təhlükəsiz zonalara təxliyə edib. Yanğınların söndürülməsinə yüzlərlə canlı qüvvə və hərbi aviasiya cəlb olunub.

Mənbə: ScienceDaily

Aynur Camal

Oxşar xəbərlər

Hindistanın 80-ci Müstəqillik Günü Bakıda qeyd edildi

Aynur Camal

Pokémon oğurluğu: 80 min avroluq kartlar axtarılır

Aynur Camal

“İnsidentlər silsiləsi”: Avropada bir həftə ərzində ikinci hərbi zavod partladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu