19 C
Baku
Sentyabr 28, 2022
Baş xəbər

Respublika Uşaq Sanatoriyasında şəhid ailələri üçün sanator-kurort və bərpa-müalicə xidmətləri təşkil olunur

Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Azərbaycanın qəhrəman oğulları dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini yazdılar.

Qələbəni şəhidlərimizin qanı, eyni zamanda, əsgər və qazilərimizin döyüşlərdə böyük fədakarlığı hesabına qazandıq. Şəhid ailələrinin övladlarına qayğı və xidmət göstərmək hər zaman mənəvi borcumuzdur.

Bugün.tv Səhiyyə Nazirliyindən aldığı məlumata görə, nazirlik mütəmadi olaraq şəhid övladlarına və onların analarına sanator-kurort və bərpa-müalicə xidmətlərini təşkil edir.

Növbəti belə bir aksiya Buzovna qəsəbəsində yerləşən Respublika Uşaq Sanatoriyasında həyata keçirilir.

Ongünlük sanator-kurort və bərpa-müalicə xidmətlərindən 28 nəfər (18 uşaq və 10 ana) yararlanır.

Respublika Uşaq Sanatoriyasında onlar həkim müayinələrindən keçir və fizioterapiya müalicələri, maqnit terapiyası, elektrostimulyasiya, elektrofarez, fonoforez, müalicəvi bədən tərbiyəsi, inqalyasiya, massaj, naftalan müalicələrini qəbul edirlər.

Eyni zamanda, istirahətlərini səmərəli və effektiv keçirməkləri üçün müxtəlif növ əyləncə tədbirləri və ekskursiyalar təşkil olunur.

 

 

 

 

 

Oxşar xəbərlər

Azərbaycanda birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik müavinətlərin verilməsinə başlanılıb

Sabina Uğur

Qazaxıstan və Özbəkistan respublikalarının nümayəndə heyətləri Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər

Aynur Camal

Qardaş Türkiyə hər zamankı kimi Azərbaycanın yanındadır

Aynur Camal