Dünya

Rusiya: Son 24 saatda 1440 Ukrayna hərbçisi zərərsizləşdirildi

Bugun.tv -xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynada davam edən hərbi əməliyyatlarla bağlı yeni məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, “xüsusi hərbi əməliyyat” çərçivəsində son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus 1440 hərbçi zərərsizləşdirilib.

Bildirilib ki, Rusiya ordusu Ukrayna və Donbass ərazisində müxtəlif hərbi hədəflərə zərbələr endirməyə davam edir. Hücumlarda yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatlarından istifadə olunduğu qeyd edilib.

Məlumata əsasən, Ukrayna ordusuna dəstək verdiyi iddia edilən neft emalı müəssisələri, yanacaq və enerji obyektləri, nəqliyyat infrastrukturu, yanacaq anbarları və uzaqmənzilli PUA istehsal və saxlama məntəqələri hədəf alınıb.

Nazirlik həmçinin Ukrayna bölmələrinin və xarici muzdluların yerləşdiyi 142 nöqtənin vurulduğunu, 5 zirehli texnikanın məhv edildiyini iddia edib.

Bundan başqa, Rusiya hava hücumundan müdafiə sistemlərinin Ukraynaya məxsus 12 idarəolunan aviasiya bombasını və 734 pilotsuz uçuş aparatını zərərsizləşdirdiyi də açıqlanıb.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Avqustun 12-də 6 planet bir xəttdə düzüləcək

Aynur Camal

İran Körfəz ölkələrini xəbərdar etdi

Aynur Camal

Alimlər paslanmayan qədim dəmirin sirrini açıqladılar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu