sağlam qidalanma, büdcəyə uyğun menyu, faydalı qidalar, mərci və lobya, balanslı qidalanma, ucuz balıq növləri, tərəvəzli yeməklər, düzgün qidalanma
Dünya

Sağlam qidalanmaq üçün bahalı məhsullar almağa ehtiyac yoxdur: mütəxəssisdən büdcəyə uyğun menyu

Bugun.tv xəbər verir ki, sağlam və balanslı qidalanmaq üçün mütləq bahalı məhsullar almaq lazım deyil. Əlçatan qiymətə satılan paxlalılar, müxtəlif dənli bitkilər, tərəvəzlər və balıq növləri gündəlik qida rasionunun əsasını təşkil edə bilər.

“Health Mail.ru” nəşrinin məlumatına görə, Rusiya Milli Qidalanma İnstitutunda dərs deyən nutrisioloq Natalya Muratova sağlam qidalanmaq üçün büdcəyə uyğun yemək nümunələrini açıqlayıb.

Gündəlik menyuda hansı yeməklər olmalıdır?

Mütəxəssis faydalı və münasib qiymətə başa gələn yeməklər arasında tərəvəzli mərci şorbası, qarabaşaq yarması ilə toyuq əti və kələm salatı, pomidorla bişirilmiş lobya, tərəvəzli omlet və arpa yarması ilə göbələk və toyuq yeməyini sadalayıb. Sobada bişirilmiş kartofun balıq və tərəvəzlə birlikdə istehlakı da tövsiyə olunur.

Paxlalılar və dondurulmuş tərəvəzlər faydalıdır

Natalya Muratova lobya, mərci, noxud və digər paxlalıların əhəmiyyətini xüsusi vurğulayıb. Bu məhsullar zülal və qida lifləri ilə zəngindir. Həmçinin uzun müddət saxlanıla bilmələri onların gündəlik qidalanmada istifadəsini asanlaşdırır.

Dondurulmuş tərəvəzlər də münasib qiymətə sağlam qida rasionu yaratmaq istəyənlər üçün əlverişli seçim hesab olunur.

Bahalı balığın əvəzinə nə almaq olar?

Mütəxəssis balığın da gündəlik qidalanmada yer almasını tövsiyə edir. Bahalı balıq növlərini daha münasib qiymətə satılan mintay, skumbriya, treska və bəzi qızılbalıq növləri ilə əvəz etmək mümkündür. Konservləşdirilmiş tuna da alternativlər sırasında göstərilib.

Balıq orqanizmi asan mənimsənilən zülal və faydalı yağlarla təmin edir.

Mütəxəssisin fikrincə, məhsulun qiyməti onun sağlamlıq üçün faydasını müəyyən edən yeganə meyar deyil. Düzgün seçilmiş və müxtəlif ərzaqlardan hazırlanan yeməklər böyük xərc çəkmədən balanslı qidalanmağa kömək edə bilər.

Mənbə: Health Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

BMT: 1,82 milyondan çox suriyalı qaçqın ölkəsinə qayıdıb

Aynur Camal

“Yandex” xidmətlərindəki fasilələrdən istifadə edən dələduzlar aktivləşib

Aynur Camal

Dünya bazarında neft ucuzlaşıb: qiymətlərə iki əsas amil təsir edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu