25 C
Baku
27 İyul 2024, 3:50
Baş xəbərDigər

Sahibə Qafarova qadın parlament sədrlərini minalarla bağlı məsələyə diqqət yetirməyə çağırıb

Bugün.tv Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsindən aldığı məlumata görə, Milli Məclisin sədri Sahibə Qafarova Qadın Parlament Sədrlərinin “Parlament rəhbərliyi: davamlılığın və rifahın daha effektiv təmin edilməsi üçün risklərin qarşısının alınması” mövzusuna həsr olunmuş 14-cü Sammitində iştirak etmək üçün Özbəkistanın Daşkənd şəhərində işgüzar səfərdədir.

Sahibə Qafarova Sammitin sentyabrın 8-də keçirilən birinci sessiyasında “Pandemiyadan sonrakı qlobal bərpaya dair risklərin aradan qaldırılması” mövzusunda çıxış edib.

Milli Məclisin spikeri Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirak edən parlament nümayəndə heyətlərini salamlayaraq, bu gün parlamentlərin qadın spikerlərinin qlobal əhəmiyyətli məsələləri müzakirə etmək imkanına malik olduqlarını deyib.

Azərbaycan parlamentinin sədri COVİD-19 pandemiyasının dünya birliyinə hər cəhətdən dağıdıcı təsir göstərdiyini, sosial ədalət, bərabər iqtisadi imkanlar və gender bərabərliyi sahəsində bəzi nöqsanları üzə çıxardığını bildirib. O, qeyd edib ki, artıq dünya birliyi post-pandemiya dövrünə qədəm qoyur və bu gün biz birgə hərəkət etməliyik. İqtisadiyyatın bərpa edilməsində bərabər hüquqlara, imkanlara və təhlükəsizliyə əsaslanan mexanizmləri gücləndirməliyik.

<…..>Sahibə Qafarova qeyd edib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ümumi məqsədlərə nail olunması istiqamətində öz töhfəsini verməyə hazırdır və qlobal əhəmiyyətli məsələlərin həlli yollarının axtarışı üçün Parlamentlərarası İttifaqla, digər parlament təşkilatları ilə fəal əməkdaşlıq etmək niyyətindədir:  “Mən Parlament Şəbəkəsinin sədri kimi, bu ilin iyun ayında keçirilən Bakı konfransında bu mövqeyi bildirdim”.

Spiker öz nitqində söyləyib ki, sülh və təhlükəsizlik olmadan davamlı inkişaf və rifah haqqında danışmaq mümkün deyil. O, bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərinin iyirmi faizi 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanılıb. Bu ərazilərdəki bütün şəhərlərimiz, kəndlərimiz, tarixi, mədəniyyət və din abidələrimiz məhv edilmişdir. Təxminən 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür, onların 52 faizi qadınlardır.

Parlamentin sədri diqqətə çatdırıb ki, Azərbaycan 2020-ci ildə öz torpaqlarını erməni işğalından azad etdikdən sonra bu ərazilərin bərpası və yenidən qurulması istiqamətində irimiqyaslı işlərə başlanılıb. Azad edilmiş ərazilər yaşıl enerji zonası elan edilib. Burada “Ağıllı” şəhərlər, kəndlər salınır. Bütün bunlar yaşıl enerjinin istifadəsi haqqında daha əvvəl səsləndirdiyim fikirlərə  uyğundur.

Milli Məclisin sədri Sahibə Qafarova təəssüflə qeyd edib ki, Ermənistanın həmin ərazilərdə basdırdığı minalar bu prosesə ciddi maneələr törədir. O, bildirib ki, bu gün doğma yurd-yuvalarına qayıdan məcburi köçkünlərimizin, o cümlədən qadın və uşaqların həyatı ciddi təhlükədə qarşısındadır. Humanitar problem olan minalar münaqişələrdən əziyyət çəkmiş bir çox digər ölkələr kimi, Azərbaycanda da iqtisadi bərpa və davamlı inkişafa ciddi əngəl yaradır: Hesab edirəm ki, parlamentlərarası dialoqumuz bu məsələlərə də diqqət yetirməlidir.

daha ətraflı

Aynur Camal

Oxşar xəbərlər

Gürcüstanda fərdi yaşayış evləri ilə bağlı tikinti amnistiyası qüvvəyə mindi

Kəmalə Sultan

Prezident İlham Əliyev: “Azərbaycanla Özbəkistanı əsl dostluq və qardaşlıq telləri birləşdirir”

Bugün TV

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, epidemioloq Nigar Mütəlibova: “Qızılca xəstəliyi ilə mübarizədə ən effektiv vasitə peyvənddir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu