Siyasət

Ukrayna ABŞ-dan ən çox hərbi yardım alan ölkə oldu


ABŞ-ın Kiyevə hərbi yardımı 2014-2021-ci illərdə təxminən 2,7 milyard dollar təşkil edib.

Bu barədə Bugün.Tv  “The Washington Post”a istinadən  xəbər verir. Ukrayna Misir və İsraili geridə qoyaraq, ABŞ-dan  ən çox hərbi yardım alan ölkəyə çevrilib. Qəzetin məlumatına  Rusiya xüsusi hərbi əməliyyatlara başlayandan bəri Vaşinqton artıq 3,8 milyard dollarlıq yardım edib. Hazırda nəzərdən keçirilən 40,1 milyard dollarlıq yeni yardım paketinin 20 milyard dolları hərbi ehtiyaclar üçün  ayrılıb.

Bu arada Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov xəbərdarlıq edib ki, Qərbin Ukraynanı hərbiləşdirmək səyləri Avropa və qlobal təhlükəsizliyə birbaşa təhdiddir. Diplomat deyib ki, rəsmi Moskva Kiyev rejimini sponsorlarını qan tökülməsini təbliğ etməyi dayandırmağa və öz hərəkətlərinin nəticələri barədə düşünməyə çağırır.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

İran Hörmüz boğazında yeni gəmiçilik marşrutu elan etməyə hazırlaşır

Aynur Camal

Rusiyada dron təhlükəsi: Azərbaycan-Rusiya reysləri də risk altında – xarici aviaşirkət uçuşları dayandırdı

Aynur Camal

Tramp: ABŞ İran üzərində tezliklə qələbə qazanacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu