25 C
Baku
16 Sentyabr 2026, 12:43
tam taxıllı qidalar, ürək sağlamlığı, ürək-damar xəstəlikləri, LDL xolesterin, sağlam qidalanma, yulaf, tam buğda çörəyi, qidalanma araşdırması
Dünya

Ürək sağlamlığı üçün tam taxıllı qidalar tövsiyə edilir

Bugun.tv xəbər verir ki, Avropa Ürək Jurnalında dərc olunan genişmiqyaslı araşdırmaya əsasən, gündəlik qidalanmada tam taxıllı məhsullara üstünlük verilməsi ürək-damar və maddələr mübadiləsi sağlamlığına müsbət təsir göstərə bilər.

Araşdırmaya görə, gündə təxminən 90 qram, yəni üç porsiya tam taxıl qəbul edən insanlarda ürək-damar xəstəlikləri ilə əlaqəli bir sıra göstəricilərdə müsbət dəyişikliklər müşahidə olunub. Gündəlik miqdarın dörd-altı porsiyaya çatdırılmasının isə daha güclü nəticələrlə əlaqəli olduğu bildirilib.

Məlumata görə, gündə üç-altı porsiya tam taxıl qəbul edən şəxslərdə ümumi xolesterin, “pis” xolesterin hesab olunan LDL, qan təzyiqi, bədən çəkisi və bel çevrəsi kimi risk göstəricilərində kiçik, lakin nəzərəçarpan yaxşılaşmalar qeydə alınıb.

Mütəxəssislər bununla belə, yalnız pəhrizə tam taxıllı məhsullar əlavə etməyin kifayət olmadığını vurğulayırlar. Ağ unla hazırlanan məhsulların əvəzinə tam taxıllı un və məhsullar seçilməli, ümumi karbohidrat və enerji qəbulu isə balanslı saxlanmalıdır.

Yulaf, qəhvəyi düyü, tam buğda çörəyi, farro, popkorn və kinoa tam taxıllı məhsullara nümunə göstərilir. Bu məhsullarda lif və digər qida maddələri qorunub saxlanılır.

Mütəxəssislər xüsusilə çörək alarkən etiketə diqqət yetirməyi məsləhət görürlər. Tünd rəngli və üzərində “çox taxıllı” və ya “tam taxıllı” yazılan bəzi çörəklərin tərkibində əsasən təmizlənmiş un ola bilər. Buna görə məhsulun tərkib siyahısında ilk inqrediyentin həqiqətən tam taxıl olub-olmadığını yoxlamaq tövsiyə edilir.

Mənbə:  Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

ABŞ Konqresinin Nümayəndələr Palatası İran müharibəsinə son qoyulmasını tələb edən qətnamə qəbul etdi

Aynur Camal

Səudiyyə Ərəbistanı Məkkə istiqamətində uçan husilərə məxsus dronu vurdu

Aynur Camal

Honq-Konq ilk beşillik inkişaf planını açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu