8 C
Baku
15 Fevral 2025, 17:27
Baş xəbərDigər

Vüqar Qurbanov TƏBİB-in İcraçı direktoru təyin edildi

Bugün.tv xəbər verir ki, sentyabrın 8-də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının iclası keçirilib.

İclasda “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in icraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb.

2021-ci ilin 13 sentyabr tarixindən etibarən TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Cavanşir oğlu Qurbanov Müşahidə Şurasının qərarı ilə TƏBİB-in icraçı direktoru təyin edilib.

Vüqar Qurbanov Azərbaycan Tibb Universitetinin məzunudur. O, uzun illər həkim-nevropatoloq kimi fəaliyyət göstərib, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri vəzifəsində çalışıb.

Aynur Camal

Oxşar xəbərlər

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanıldı

Kəmalə Sultan

Azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxs saxlanıldı

Kəmalə Sultan

Qarabağda çalışanlara maaşlarından əlavə 600 manat müavinət ödəniləcək

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu