Səhiyyə

Həkimlər qoz-fındıq və paxlalıların ürək xəstəlikləri riskini azaltdığını bildiriblər

Bugun.tv xəbər verir ki, Mail.ru Zdorovie bölməsində yayımlanan məlumatda həkimlər və dietoloqlar qoz, toxumlar və paxlalı bitkilərin müntəzəm istifadəsinin xroniki xəstəlik riskini azalda biləcəyini bildiriblər.

Məlumata görə, araşdırmalar bu qidaların tərkibində olan sağlam yağlar, lif və mikroelementlərin ürək-damar sisteminə müsbət təsir göstərdiyini ortaya qoyub. Xüsusilə bu məhsulların qan dövranını yaxşılaşdırdığı və “pis xolesterin” səviyyəsini azalda bildiyi qeyd olunur.

Mütəxəssislər bildirirlər ki, bu qidalar müalicə vasitəsi deyil, lakin balanslı qidalanmanın vacib hissəsi kimi gündəlik rasiona daxil edilməlidir.

Araşdırmada həmçinin vurğulanır ki, sağlam həyat tərzi ilə birlikdə bu cür qidaların qəbulu ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Alimlər ürəyin həqiqi yaşını müəyyənləşdirməyin yolunu tapıblar

Aynur Camal

Həkim duz qəbulunu azaltmağın gözlənilməz üsulunu açıqladı

Aynur Camal

Diş həkimi: Bir dişin itirilməsi belə üzün daha tez qocalmasına səbəb ola bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu