Bugun.tv xəbər verir ki, somnoloq və nevroloq Yelena Tsaryova yuxusuzluğun çox vaxt başqa sağlamlıq problemlərinin əlaməti olduğunu bildirib.
Mütəxəssisin sözlərinə görə, bir çox insan gündə 4–5 saat yatmağa alışdığı üçün bunu problem hesab etmir. Lakin yuxusuzluq xroniki mərhələyə keçdikdə orqanizmin bərpa funksiyası zəifləyir və sağlamlıq üçün ciddi risklər yaranır.
Həkim qeyd edib ki, yuxunun keyfiyyətinə ən çox hormonal dəyişikliklər təsir edir. Xüsusilə qalxanabənzər vəz problemləri və endokrin pozuntular yuxu ritmini ciddi şəkildə poza bilər.
Somnoloq bildirib ki, stress və narahatlıq zamanı kortizol hormonunun səviyyəsi yüksəlir və bu da insanın yuxuya getməsini çətinləşdirir. Depressiya isə əksinə, insanın tez-tez erkən oyanmasına səbəb olur.
Yelena Tsaryova vurğulayıb ki, yuxusuzluğun əsas səbəbini müəyyən etmək üçün mütləq tibbi müayinədən keçmək lazımdır.
Mənbə: mail.ru
