Baş xəbərMədəniyyət

Yol qəzasına düşən İbrahim Tatlısəs xəstəxanaya yerləşdirilib – YENİLƏNİB

Bu gün avtomobillə yol qəzasına düşən Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs xəstəxanaya yerləşdirilib.

“İhlas” xəbər agentliyi xəbər verir ki, o, hadisə yerinə cəlb olunan xilasedicilərin köməkliyi ilə yararsız hala düşən avtomobildən çıxarılıb.

Tatlısəs digər 4 yaralı ilə birlikdə xəstəxanaya yerləşdirilib.

12.42

Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs yol qəzasına düşüb.

“Hürriyet”  xəbər verir ki, hadisə Bodrum şəhərində qeydə alınıb.

Sənətçinin içərisində olduğu mikroavtobus yük avtomobili ilə toqquşub və nəticədə yoldan çıxaraq dərəyə yuvarlanıb.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası cəlb olunub.

Müğənninin xəsarət aldığı və qızının da avtomobildə olduğu bildirilir.

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu