Səhiyyə

Açıq pəncərə ilə yatmaq faydalıdır, yoxsa zərərlidir? – Elmi araşdırmalar nə deyir?

Bugun.tv xəbər verir ki, mütəxəssislər açıq pəncərə ilə yatmağın həm faydalı, həm də riskli tərəflərinin olduğunu bildirirlər.

Araşdırmalara görə, sərin və təmiz hava yuxunun keyfiyyətini artırır, daha rahat yuxuya getməyə və gecə boyu dərin yatmağa kömək edir. Alimlər bildirirlər ki, yataq otağında havanın temperaturunun 16–18 dərəcə olması yuxu üçün ideal hesab edilir. Açıq pəncərə otaqdakı karbon qazının azalmasına, havalandırmanın yaxşılaşmasına və səhər daha enerjili oyanmağa şərait yaradır.

Mütəxəssislər qeyd edirlər ki, təbiət səsləri də “ağ səs” effekti yaradaraq insanı sakitləşdirə və yuxunu dərinləşdirə bilər. Bundan əlavə, açıq pəncərə otaqdakı rütubətin azalmasına və nəfəs almağın rahatlaşmasına kömək edir.

Lakin alimlər bunun hər şəraitdə faydalı olmadığını da vurğulayırlar. Xüsusilə səs-küylü şəhərlərdə açıq pəncərə ilə yatmaq stress hormonlarının artmasına, təzyiq və xolesterin səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Hətta insan tam oyanmasa belə, beyin gecə boyu avtomobil səsləri, siqnallar və digər gurultuları emal etməyə davam edir.

Araşdırmalarda həmçinin bildirilib ki, açıq pəncərə vasitəsilə otağa toz, polen, avtomobil qazları və digər çirkli hissəciklər daxil olur. Bu isə allergiya və astma xəstələri üçün risk yarada bilər. Xüsusilə səhər saat 4–5 radələrində havadakı çirklənmə səviyyəsinin daha yüksək olduğu qeyd edilir.

Mütəxəssislər qış aylarında açıq pəncərənin divarlarda nəmlik və kif yaranması riskini də artırdığını bildirirlər.

Alimlərin fikrincə, açıq pəncərə ilə yatmaq qərarı verilərkən hava şəraiti, yaşanılan ərazi və insanın sağlamlıq vəziyyəti nəzərə alınmalıdır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Üzü buzla silmək faydalıdır, yoxsa təhlükəli? – Dermatoloqlar açıqladı

Aynur Camal

Həkim yuxusuzluqla mübarizə yollarını açıqladı

Aynur Camal

Dietoloq axşam yeməyindən sonra edilən ən zərərli vərdişi açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu