Bugun.tv-xəbər verir ki, həkimlər ana bətnində böyrəyi zəif işləyən döl üçün yeni üsul tapıb.
Problem ondadır ki, körpənin böyrəyi sidik ifraz etmirsə, amniotik maye az olur və bu da ağciyərin inkişafına mane olur. Əvvəllər belə hallarda sağ qalma şansı demək olar yox idi.
Yeni üsul “womb fluid infusions” adlanır. Həkimlər hamiləlik dövründə ananın bətninə xüsusi maye yeridərək amniotik mayenin səviyyəsini saxlayır. İlk sınaqlar göstərib ki, bu üsulla doğulan körpələr yaşayır.
Alimlər deyir ki, bu üsul minlərlə ailəyə ümid verir. Hazırda sınaqlar davam edir və üsulun təhlükəsizliyi yoxlanılır
Bundan başqa alimlər xəbərdarlıq edir ki, “hamı üçün eyni” fetal böyümə cədvəlləri çox vaxt riskli körpələri qaçırır. Fərdi yanaşma lazımdır.
Mənbə: Medical Xpress
