21 C
Baku
8 Oktyabr 2024, 3:52
Baş xəbərSosial

Bakıda möhtəşəm YENİLİK – FOTO

Xətai rayonunda yerləşən Heydər Parkı yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Bu barədə Xətai Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu ərazisində Nəsrəddin Tusi, Neapol və Vunq-Tau küçələrinin əhatəsində yerləşən Heydər Parkı əsaslı yenidənqurma işləri yekunlaşıb, park istifadəyə verilib. Parkda təmir işləri “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilati dəstəyi ilə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən aparılıb.

Ərazisi genişləndirilərək 14 hektara çatdırılmış parkda aparılan yenidənqurma işləri çərçivəsində 30 mindən çox ağac və gül kolları əkilib, 9 hektar əraziyə qazon örtüyü döşənib, 7 km piyada və 1,1 km velosiped zolağı salınıb, 380 işıq dirəyi, 150 oturacaq quraşdırılıb, məlumat lövhələri qoyulub, 2500 m2 sahədə avtodayanacaq yaradılıb. Ərazidə olan şəlalə və fəvvarə kompleksi təmir edilib. Ziyarətçilər üçün piknik sahələrinin də mövcud olduğu parkda uşaqlar və böyüklər üçün 5 fərqli məkanda idman və əyləncə sahələri ayrılıb, lazımi avadanlıqlar quraşdırılıb. Parkda monitor yenisi ilə əvəz edilmiş, mədəni-kütləvi tədbirlərin təşkili üçün 918 yerlik amfiteatr qurulub.

Bu gün parkda tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı keçiriləcək. Şəhid ailələrinin üzvlərinin və Vətən müharibəsi qazilərinin də dəvət olunduğu konsert proqramının təşkilinə RİİB könülülləri tərəfindən dəstək verilib.

Aynur Camal

Oxşar xəbərlər

Leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 6 nəfər ölüb

Aynur Camal

Dilan və Engin Polata qarşı yeni istintaq! Narkotiklərlə bağlı dindiriləcəklər…

Aynur Camal

Yol qəzası oldu: 3 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu