30 C
Baku
19 İyul 2024, 12:00
Baş xəbərSəhiyyə

Bayram günlərində qidalanarkən nələrə diqqət edək? – MÜTƏXƏSSİS TÖVSİYƏSİ

“Qurban bayramı daxil olmaqla digər bayramlarda da, organizim hər zaman standart çalışma mexanizminə malik olduğu üçün balanslaşdırılmış sağlam qidaya üz tutulmalıdır. Əgər hər hansı bir bayramda qidalanma rejimi pozulursa bu mütləq bir şəkildə hər hansı fəsadlarla nəticələnir”.

Bu fikirləri Bugun.tv-yə müsahibəsində “Qida Təhlükəsizliyi Hərəkatı”nın rəhbəri, sağlam qida üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib. O, bayram günlərində düzgün qidalanma ilə bağlı tövsiyələr verib.

“Birinci növbədə bayramda, xüsusilə Qurban bayramında diqqət edəcəyimiz əsas məqamlardan biri mütləq şəkildə gün ərzində qəbul edəcəyimiz qidaların miqdarını keçməməkdir. Qida rasionumuzu saat 6-7 kimi bitirməliyik. Çünki ət daxil olmaqla digər qidalar həzm olunmalıdır. Bundan başqa, qurban ətlərini, adətən, kəsildikdən dərhal sonra bişirib qəbul edirlər. Bu, ümumiyyətlə həzm sistemimiz üçün ağır fəsadlara yol açır. Xüsusilə də, mədə-bağırsaq problemləri, qan təzyiqi, şəkərli diabet xəstələri olan insanların sağlamlığına çox pis təsir göstərə bilir. Buna görə də, yaxşı olar ki, həmin insanlar kəsilən qurban ətlərini bir neçə saat soyuducuda saxladıqdan sonra bişirsinlər. Onu daha çox qaynadılmış və manqalda bişirilmiş şəkildə qəbul etsinlər. Çox yüksək istilik termiki emalı keçməsin, eyni zamanda da qızartma şəklində qəbul olunmasın. Əks halda bu, konsilungen maddələrin yaranmasına da səbəb olur ki, bu da sağlam insanda belə, mədə-bağırsaq sisteminin pozulmasına gətirib çıxarır”.

M,Hüseynovanın sözlərinə görə, əti tək şəkildə deyil, yanında tərəvəzlərlə yemək lazımdır. Onu həm bişirilmiş, həm də çiy şəkildə qəbul etdikdə ət asan və düzgün həzm olunur. Vitamin və minerallardan yararlanmaq isə hər zaman mütləqdir.

“Eyni zamanda kəsilən heyvan mütləq şəkildə baytar nəzarətindən keçmiş ət olmalıdır, çünki kəsilib hazırlanarkən ətdə olan bir çox mikroblar, viruslar  organizmə yoluxa bilər. Bu da zəhərlənməyə yol açar. Unutmayaq ki, sağlam heyvan ətini kəsdikdə belə, mütləq şəkildə sanitar-gigiyena normalarına diqqət etmək lazımdır. Məsələn, çiy ətə toxunan əllə bişmiş ətə və ya onunla birlikdə qəbul olunacaq digər tərəvəzlərə toxunmaq olmaz. Ət öncə  yaxşı-yaxşı yuyulmalıdır. Sonra bişirilməlidir. Eyni zamanda bayramda bir dəfəyə həddindən artıq çox çeşidli və fərqli qidalar qəbul olunur ki, buna həm xəmir yeməkləri, həddindən artıq şəkər, yağlı qidalar, duzlu, kalorili qidalar daxildir. Bu da birbaşa olaraq orqanizmin yüklənməsi, ürək-damar xəstəliklərinin yaranmasına gətirib çıxarır. Ümumiyyətlə, yaxşı olar ki, bu günlərdə də normal yüngül şəkildə səhər yeməkləri və ondan 3-4 saat sonra ətdən hazırlanmış qidanı qəbul edək. Mütləq şəkildə hər bir qidanı qəbul edərkən  əsas ana yeməkləri ilə digər yeməklər arasında 3-4 saata qədər fasilə vermək lazımdır ki, qəbul etdiyimiz qidalar düzgün şəkildə həzm olunsun, orqanizmə ağırlıq törətməsin. Bəzən olur ki, sağlam keyfiyyətli qidalar belə qarışdırıldıqda, çox qəbul etdikdə zəhərlənməyə gətirib çıxarır. Bayram günlərini sağlam keçirmək üçün mütləq şəkildə qidalanma rejiminə diqqət etmək lazımdır”, – qida mütəxəssisi xüsusi vurğulayıb.

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

İsraildəki ABŞ vətəndaşları gəmi ilə Hayfadan təxliyə edilir

Bugün TV

Evləri soyub talayan oğuru saxlanıldı

Aynur Camal

“Prius”la avtoxuliqanlıq edən iki taksi sürücüsü saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu