Image default
Maraqlı faktlar

Bilirdinizmi ki? Xarici dil öyrənmək beynin yaşlanmasını ləngidə bilər

Yeni elmi araşdırma göstərib ki, bir və ya bir neçə xarici dil öyrənmək beynin yaşlanma prosesini əhəmiyyətli dərəcədə ləngidə bilər.

Bugun.tv xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

Araşdırma Barselonada keçirilən Avropa Neyroelm Cəmiyyətləri Federasiyasının (FENS) forumunda təqdim olunub. Tədqiqat İspaniya, Çili, Argentina və İrlandiyadan olan alimlər tərəfindən aparılıb.

Araşdırmaya əsasən, iki dildə danışan insanların beyni yalnız bir dil bilənlərlə müqayisədə orta hesabla 6 il, üç dil bilənlərdə isə 7 il daha gənc görünür. Dörd dili yüksək səviyyədə bilən şəxslərdə isə bu fərq təxminən 13 ilə çatır.

Alimlər bildirirlər ki, yeni dili erkən yaşlarda öyrənmək və həmin dildə yüksək səviyyədə danışmaq beynin sinir əlaqələrinin daha uzun müddət sağlam qalmasına kömək edir. Bu isə yaddaşın, diqqətin və düşünmə qabiliyyətinin qorunmasına müsbət təsir göstərir.

Mütəxəssislərin fikrincə, xarici dil öyrənmək gələcəkdə koqnitiv zəifləmə və demensiya riskinin azaldılmasına da töhfə verə bilər. Bununla belə, onlar qeyd edirlər ki, sağlam həyat tərzi, fiziki aktivlik və sosial əlaqələr də beyin sağlamlığının qorunmasında mühüm rol oynayır.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Ərbildə nadir “Nusaybin gözəli” kəpənəyi görüntüləndi

Aynur Camal

Alimlər okeanın dərinliklərində 31 yeni dəniz növü aşkar ediblər

Aynur Camal

Kosmosda insan toxumalarının 3D çapı transplantasiya tibbinə yeni ümid yaradır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu