24 C
Baku
11 Sentyabr 2026, 11:25
Baş xəbərDünya

“British Airways” minlərlə uçuşu ləğv edəcək

Böyük Britaniyanın “British Airways” aviaşirkəti cari ilin oktyabr ayının sonuna qədər əlavə uçuşları, qışda isə minlərlə reysi ləğv edəcəyini açıqlayıb.

Bu barədə aviaşirkətin bəyanatında deyilir.

“Müştərilərimizin böyük əksəriyyəti planlaşdırıldığı kimi səyahət edəcək və biz payız fasiləsi üçün əsas istiqamətləri saxlayacağımıza baxmayaraq, oktyabrın sonuna qədər növbəti uçuşların ləğvinə getməli olacağıq. Bundan əlavə, biz qış dövründə xidmətlərimizdən istifadə edən müştərilərə bəzi cədvəl dəyişiklikləri, o cümlədən qısamüddətli uçuşların bəzilərinin üst-üstə düşməsi barədə əvvəlcədən xəbərdar edirik”, – bəyanatda qeyd olunur.

Qeyd edək ki, ümumilikdə gələn ilin mart ayının sonuna kimi aviaşirkətin 8%-i və ya 10 minə yaxın reysləri həyata keçirilməyəcək. Avqustun əvvəlində “British Airways” kadr çatışmazlığı səbəbindən Londondakı Hitrou hava limanından qısamüddətli uçuşlar üçün bilet satışını bir həftə müddətinə dayandırmışdı.

Belə tədbirlər daha əvvəl Hitrou rəhbərliyinin hava limanından gündəlik istifadə edə biləcək sərnişinlərin sayına məhdudiyyətlər qoyması səbəbindən həyata keçirilib. Hazırda hava limanı gündə 100 mindən çox insana xidmət göstərir.

Aynur Camal

Oxşar xəbərlər

Alimlər qaranlıq maddənin aşkarlanmasına yaxınlaşa bilər

Aynur Camal

Kiyevə səhər saatlarında hücum: yaşayış binasında yanğın baş verdi

Aynur Camal

11 sentyabr zamanı uşaqların sağlamlığı ilə bağlı böyük araşdırma başlayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu