Image default
Səhiyyə

Dietoloq axşam yeməyindən sonra edilən ən zərərli vərdişi açıqladı

Bugun.tv xəbər verir ki, dietoloq Ana Luson axşam yeməyindən dərhal sonra hərəkətsiz qalmağın həzm sistemi üçün ciddi problemlər yarada biləcəyi barədə xəbərdarlıq edib.

Mütəxəssis bildirib ki, yeməkdən sonra divanda uzanmaq, televizora baxmaq və ya birbaşa yatağa keçmək mədə-bağırsaq sisteminin fəaliyyətini zəiflədə bilər. Onun sözlərinə görə, fiziki hərəkətsizlik həzmi ləngidir və qidaların fermentasiyasına səbəb olur.

Dietoloq qeyd edib ki, bu vəziyyət qaz yığılması, şişkinlik, mədə yanması və qastroezofageal reflüks kimi problemlərin yaranmasına gətirib çıxara bilər.

Ana Luson axşam yeməyindən sonra ən azı 10–15 dəqiqə yüngül gəzməyi tövsiyə edib. O bildirib ki, qısa gəzinti bağırsaqların fəaliyyətini stimullaşdırır və həzm prosesini yaxşılaşdırır.

Mütəxəssis sağlam həzm üçün axşam yeməyindən sonra tam hərəkətsiz qalmağın düzgün olmadığını vurğulayıb.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Kök hüceyrə transplantasiyası ümidverici nəticələr verdi

Aynur Camal

Alimlər isti yoqanın depressiya əlamətlərini azaltmağa kömək edə biləcəyini açıqladılar

Aynur Camal

Alimlər şəkər əvəzedicilərinin bağırsaq bakteriyalarına təsirini müəyyən ediblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu