Yay pikniklərində seçilən qidalar sağlamlığa da müsbət təsir göstərə bilər. Mütəxəssislər humus və falafelin həm qidalılığı, həm də faydaları ilə seçildiyini bildirirlər.
Bugun.tv xəbər verir ki, Daily Mail nəşrinin məlumatına görə, Britaniya Ürək Fondunun (BHF) mütəxəssisləri humus və falafelin ürək-damar xəstəlikləri, insult və bəzi xərçəng növlərinin riskini azaltmağa kömək edə biləcəyini bildiriblər.
Mütəxəssislərin tövsiyəsinə əsasən, sağlam qidalanmaq üçün hər gün ən azı 400 qram, yəni beş porsiya meyvə və tərəvəz qəbul etmək məqsədəuyğundur. Humus və falafel bu normaya çatmağı həm asanlaşdırır, həm də qidalanmanı daha dadlı edir.
BHF-nin baş dietoloqu Dell Stenford qeyd edib ki, yay piknikləri meyvə və tərəvəzlərin yalnız ənənəvi şəkildə deyil, müxtəlif yeməklərin tərkibində də gündəlik rasiona daxil edilə biləcəyini xatırladır.
Humus əsasən noxuddan, falafel isə paxlalı bitkilərdən hazırlandığı üçün lif, bitki mənşəli zülal və faydalı qida maddələri ilə zəngindir. Bu xüsusiyyətlər ürək sağlamlığının qorunmasına və balanslı qidalanmaya töhfə verir.
Mənbə: mail.ru
