Texnologiya

Doodle video nədir və necə hazırlanır? – TƏLİMAT

Doodle video qısa bir hadisəni və ya hər hansı bir hekayəni daha maraqlı şəkildə təqdim etmək üçün əl ilə çəkilən şəkillərdən hazırlanmış animasiyadır. Texnologiya inkişaf etdikcə insanlar oxumaqdan çox baxmağa və dinləməyə üstünlük verirlər. Ona görə də məhz bu tip videolar tanıtım və reklam üçün mükəmməl bir vasitədir.

Doodle videoları bir çox proqram vasitəsi ilə hazırlamaq mümkündür və bu proqramlardan tam şəkildə istifadə demək olar ki, müəyyən qədər maliyyə tələb edir.

Düşündük ki, bu gün animasiya həvəskarlarına VideoScribe proqramı haqqında danışaq.

Doodle video – VideoScribe 

VideoScribe tez bir zamanda doodle videoların hazırlanması üçün istifadə olunan marketing vasitəsidir və müxtəlif şirkətlər tərəfindən sosial mediada diqqəti cəlb etmək üçün istifadə olunur.

Bu proqram təminatında mövcud olan ən mühüm xüsusiyyətlərə və funksiyalara nəzər salaq:
  • Yeni başlayan olsanız belə, asanlıqla doodle və animasiyalar yarada bilərsiniz.
  • VideoScribe sizə potensial müştərilərlə əlaqə saxlamağa, işçiləri öyrətməyə, məhsullar buraxmağa və brendinizi yaratmağa imkan verən biznes həlləri təqdim edir.
  • VideoScribe həm uşaq bağçaları, həm də qlobal liderlər üçün təhsil vasitəsidir.
  • Bu alətdən istifadə edərək siz asanlıqla, tez və ucuz qiymətə doodle və animasiya videoları yarada biləcəksiniz. Proqramdan dünyanın 150-dən çox ölkəsində 2 milyondan çox insan istifadə edir.

Sizə proqramın “crack” versiyasını təqdim edirik. Düzdür proqramları crack etmək müəllif hüquqlarının pozulması deməkdir, lakin qeyd etmək istərdik ki, biz heç bir proqramı crack etmirik sadəcə internetdən əldə etdiyimiz “crack olunmuş” proqramı sizinlə paylaşırıq.

Yükləyəcəyiniz zip qovluğun daxilində crack qovluğu var. Qovluqda readme.txt faylda ingilis dilində təlimat verilib. Lakin əlavə olaraq biz də təlimatı sizin nəzərinizə çatdırırıq:

  1. VideoScribe proqramını kompüterinizə quraşdırın, lakin işə salmayın…
  2. quraşdırma qovluğunda VideoScribeBin faylını mövcud qovluğunuzda olan VideoScribeBin ilə dəyişdirin (C:\Program Files\Sparkol\Sparkol VideoScribe)
  3. Proqramı işə salın
  4. Yeni hesab yaradın və ya oflayn rejimdə proqrama daxil olun (Hər iki rejimdə proqramdan pulsuz istifadə edə biləcəksiniz)
  5. Proqramın *.exe faylını firewall- da blok edin. (Bu əməliyyatı etmək hər zaman vacib olmaya bilər.)

Proqramı aşağıdakı linkdən yükləyə bilərsiniz. Əlavə olaraq qeyd edək ki, proqramdan istifadə qaydaları haqqında Youtube video platformasında yetərincə dərsliklər var.

Qeyd: Proqram crack və hətta arxiv formatda olduğu üçün təhlükəsizlik baxımından “Upload file” sistemləri faylı qəbul etmədiyi üçün bir başa Google disk üzərindən paylaşım edirik. Qarşınıza virusla bağlı xəbərdarlıq çıxa bilər.

Все равно скачать – deyərək yükləyə bilərsiniz.

Proqram www.rsload.net saytından əldə edilib. Bir başa saytdan yükləmək və əlavə məluat əldə etmək üçün linkə keçid edin – RSLOAD.NET

Teymur Əziz

Oxşar xəbərlər

Süni intellekt atom bombasının Yerə yaxınlaşan asteroidə təsirini tədqiq edir

Kəmalə Sultan

Şirkətlərin üçdə biri işə qəbul üçün süni intellektdən istifadə edir

Teymur Əziz

HDD və SSD arasında olan fərq nədir?

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu