Maraqlı faktlar

Əhvalı yaxşılaşdıran və stressi azaltmağa kömək edən 10 qida açıqlanıb

Bugun.tv xəbər verir ki, mütəxəssislər gündəlik qidalanmanın insanın əhvalına və emosional sabitliyinə birbaşa təsir etdiyini bildirirlər.

Araşdırmalara görə, gün ərzində qəbul edilən qidalar beyində serotonin və dopamin kimi vacib maddələrin ifrazına təsir göstərir.

Məhz bu maddələr sakitlik, motivasiya və daxili tarazlıq hissinin formalaşmasında mühüm rol oynayır.

Mütəxəssislər qeyd edirlər ki, maqnezium, omeqa-3 və B qrupu vitaminlərinin çatışmazlığı yorğunluq, əsəbilik və stress hissini gücləndirə bilər.

Əhvalı yaxşılaşdıran qidalar sırasında ilk növbədə tünd şokolad göstərilir.

Onun tərkibindəki maqnezium stress hormonunun səviyyəsini azaltmağa kömək edir.

Banan isə serotonin sintezində iştirak edən triptofan və B6 vitamini ilə zəngindir.

Həmçinin Salmon balığı, qoz-fındıq, yumurta yulaf sıyığı da sinir sisteminin normal fəaliyyətini dəstəkləyən əsas qidalar hesab olunur.

Giləmeyvələr antioksidantlarla zəngin olduğu üçün beyin hüceyrələrini qoruyur, kefir və təbii yoqurt isə bağırsaq mikroflorasını dəstəkləyərək emosional vəziyyətə müsbət təsir göstərir.

Mütəxəssislər əlavə edirlər ki, ispanaq, brokoli kimi yaşıl tərəvəzlər və az miqdarda bal da gün ərzində enerji səviyyəsinin sabit qalmasına kömək edə bilər.

Onların fikrincə, insan tez-tez səbəbsiz yorğunluq, əsəbilik və ya ruh düşkünlüyü hiss edirsə, ilk növbədə qidalanma rejiminə diqqət yetirməlidir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

135 illik yel dəyirmanı yenidən həyata qaytarıldı

Aynur Camal

Evini bəzəyən vaza sərvət çıxdı: Dəyərini öyrənəndə görün nə etdi

Aynur Camal

Dünyanın ən “səs-küylü adam”ı müəyyənləşdi: Təyyarənin qalxmasına bərabər səs çıxarır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu