Texnologiya

Elon Mask: Twitter biznes və hökumətlər üçün pullu olacaq

Bugün.tv BBC News-a istinadən xəbər verir ki, Tesla rəhbəri Ilon Maskın sözlərinə görə, Twitter-dəki biznes və hökumət istifadəçiləri sosial media platformasında qalmaq üçün “cüzi” ödəniş etməli ola bilər.

Mask saytın “təsadüfi istifadəçilər” üçün həmişə pulsuz olacağını söyləyib. Daha əvvəl o, “məhsula yeni funksiyalar əlavə etməklə Twitter-i daha yaxşı etmək” istədiyini bildirmişdi.
Xatırladaq ki Ilon Mask Twitter-i 44 milyard dollara( 34,5 milyard funt sterlinq) satın alıb.

Şərh yazın