Həkim-diyetoloq, tibb elmləri namizədi Elena Solomatina hipertoniyadan əziyyət çəkən insanlar üçün ən faydalı məhsulların albalı, gilas və kivi olduğunu bildirib.
Mütəxəssisin sözlərinə görə, bu məhsulların tərkibində ürək-damar sistemini zədələnmədən qorumaqda mühüm rol oynayan antioksidantlar var. O qeyd edib ki, həmin meyvələrin tərkibində olan melatonin sakitləşdirici təsir göstərir və yuxunu normallaşdırır ki, bu da hipertoniyadan əziyyət çəkənlər üçün faydalıdır.
Elena Solomatina əlavə edib ki, yüksək təzyiq problemi yaşayan şəxslər qabığında bişirilmiş kartofu da qidalanmalarına daxil etməlidirlər. Həkimin sözlərinə görə, kartofun tərkibində təzyiqi aşağı salmağa kömək edən çoxlu kalium mövcuddur.
Mənbə: Moskva 24
