2 C
Baku
14 Dekabr 2024, 21:00
Baş xəbərDünya

İraq qəzetində Şuşada keçirilən Beynəlxalq Media Forumu barədə məqalə dərc olunub

Şuşada keçirilmiş Beynəlxalq Media Forumunda iştirak etmiş Motaz Muhi Əbdülhəmid “Mustaqbəl” qəzetində Azərbaycan Milli Mətbuat Gününün Şuşada qeyd edilməsi və Beynəlxalq Media Forumu haqqında geniş məqalə ilə çıxış edib.

Bugün.tv xəbər verir ki, məqalədə Azərbaycan jurnalistlərinin hər il iyulun 22-də Milli Mətbuat Gününü qeyd etdikləri, 1875-ci ilin həmin günündə ölkəmizdə ilk qəzetin – “Əkinçi”nin birinci sayının çapdan çıxması barədə məlumat verilib. Müəllif vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin prezidentliyi dövründə mətbuatda senzura ləğv edilib, söz və ifadə azadlığı təmin olunub.

Məqalədə işğaldan azad olunmuş Şuşada keçirilən Beynəlxalq Media Forumunda Prezidentin köməkçisi Hikmət Hacıyevin Azərbaycanın dövlət başçısı İlham Əliyevin mediaya müraciətinin mətnini oxuduğu, bu müraciətdə beynəlxalq mediaya ölkəmiz haqqında xəbərləri etibarlı mənbələrdən almaq barədə çağırışın yer aldığı qeyd olunub. Müəllif diqqətə çatdırıb ki, dövlət başçısı Azərbaycanın müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlət olduğunu bildirib və təəssüflə vurğulayıb ki, məhz buna görə qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdləri səngimir. Prezident İlham Əliyev vurğulayıb ki, vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.

Məqalədə Beynəlxalq Media Forumu çərçivəsində müxtəlif mövzularda keçirilən panel iclasları barədə ətraflı məlumat verilib. Müəllif sonda yazıb: Bakıda azərbaycanlı jurnalistlərin dost ərəb ölkələri ilə əməkdaşlığa töhfə vermək əzminin şahidi oldum.

Şuşada keçirilən Beynəlxalq Media Forumu haqqında xəbər və məqalələr İƏT Ölkələri Milli Xəbər Agentlikləri Birliyinin (UNA) Misirin rəsmi MENA, İordaniyanın “Nayruz” agentliklərinin saytlarında, “Əl-Əhram”, “Youm7”, “əş Şarq Əl-Avsat” və digər ərəb KİV-də yayımlanıb.

 

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev İsrailin keçmiş baş nazirini qəbul edib

Aynur Camal

Yeddi onillik – Platin Yubiley.

Aynur Camal

Ölümdən dönənlərdə nələr aşkarlandı? – ARAŞDIRMA

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu