Image default
Səhiyyə

Mütəxəssislər telefondan asılılığı azaltmaq üçün üç sadə üsul tövsiyə edirlər

Smartfonlardan həddindən artıq istifadə müasir dövrdə psixi sağlamlığa təsir göstərən əsas amillərdən biri hesab olunur.

Mütəxəssislər bildirirlər ki, gündəlik ekran vaxtının azaldılması diqqətin cəmlənməsinə, yuxu keyfiyyətinin yaxşılaşmasına və stress səviyyəsinin aşağı düşməsinə kömək edə bilər.

Onların tövsiyəsinə görə, telefondan asılılığı azaltmaq üçün ilk növbədə səhər oyandıqdan sonra ilk 30 dəqiqə ərzində telefondan istifadə edilməməlidir. Digər vacib addım sosial şəbəkələr və digər vacib olmayan tətbiqlərin bildirişlərini söndürməkdir. Bu, gün ərzində diqqətin tez-tez yayınmasının qarşısını alır.

Mütəxəssislər həmçinin yataq otağında telefon, planşet və digər rəqəmsal cihazlardan istifadə etməməyi tövsiyə edirlər. Araşdırmalar göstərir ki, yatmazdan əvvəl ekran qarşısında keçirilən vaxtın azaldılması yuxunun keyfiyyətinə müsbət təsir göstərir və orqanizmin daha yaxşı istirahət etməsinə kömək edir.

Mənbə:  WorldNews

Aynur Camal

Oxşar xəbərlər

Alimlər beyin sağlamlığını dəstəkləyən qidaları açıqlayıblar

Aynur Camal

Kardioloqlar ürək sağlamlığı üçün ideal qan təzyiqi göstəricilərini açıqlayıblar

Aynur Camal

Yay aylarında yaranan şişkinliyin təhlükəli əlaməti açıqlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu