Maraqlı faktlar

Mütəxəssislər şirin qarpız seçməyin əsas sirrini açıqlayıblar

Bugun.tv xəbər verir ki, Rusiyanın Perm Politexnik Universitetinin mütəxəssisləri 3 Avqust – Beynəlxalq Qarpız Günü ərəfəsində qarpızla bağlı geniş yayılmış miflərə aydınlıq gətirib və şirin qarpız seçməyin əsas meyarlarını açıqlayıblar.

Mütəxəssislərin sözlərinə görə, ən dadlı qarpızlar adətən 5–8 kiloqram arasında olur. Çəkisi 10–12 kiloqramdan çox olan qarpızlar isə çox vaxt həddindən artıq azot gübrəsi ilə yetişdirildiyindən daha sulu və nisbətən az şirin ola bilər.

Alimlər bildiriblər ki, qarpızın yetişdiyini müəyyən etmək üçün yalnız saplağına baxmaq kifayət deyil. Saplağın yanındakı nazik bığcığın quruyub tünd rəng alması meyvənin yetişdiyini göstərir. Əgər həmin hissə yaşıl və elastikdirsə, qarpız hələ tam yetişməyib.

Araşdırmada qarpızın faydalı xüsusiyyətlərinə də diqqət çəkilib. Qeyd olunub ki, bu meyvənin tərkibində likopin, C və B qrupu vitaminləri, fol turşusu, kalium, maqnezium, dəmir və L-sitrulin mövcuddur. Bununla yanaşı, mütəxəssislər qarpızın həddindən artıq qəbulunun qanda şəkərin yüksəlməsinə, köp və ishala səbəb ola biləcəyini bildiriblər. Sağlam böyüklər üçün gündəlik tövsiyə olunan norma təxminən 400–500 qram təşkil edir.

Mənbə: Health Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Qara dəliklər ulduzları udduqdan sonra geri püskürdür

Aynur Camal

Okeanın dibinə plastikdən süni dəniz otu yerləşdirdilər: Nəticə təəccübləndirdi

Aynur Camal

Bu parkda torpaq qazanlar almaz tapır: İlin əvvəlindən 214 daş aşkarlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu