Səhiyyə

Məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirildi

Bugun.tv xəbər verir ki, “Dayaq” Sosial Maarifləndirmə İB-inin həyata keçirdiyi “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində iyunun 19-da Yasamal rayonunda yerləşən 2 nömrəli Bakı Baza Tibb Kollecində maarifləndirici tədbir keçirilib.

Tədbirdə “Dayaq” Sosial Maarifləndirmə İB-inin sədri Hicran Əliməmmədova, layihənin eksperti Gövhər Quliyeva, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rasim Əliyev, Vəkillər Kollegiyasının üzvləri Səadət Abdullazadə, Zinyət Ağamalıyeva, Məhrurə Kərimova, kollecin rəhbərliyi, müəllimlər və tələbələr iştirak ediblər.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məişət zorakılığının fəsadlarından danışılıb

Hicran Əliməmmədova çıxışında layihənin məqsədi və nəzərdə tutulan fəaliyyətlər barədə məlumat verib. O bildirib ki, məişət zorakılığı yalnız ailəyə deyil, bütövlükdə cəmiyyətin sosial rifahına mənfi təsir göstərən ciddi problemdir. Onun sözlərinə görə, zorakılığın qarşısının alınması üçün vətəndaşların maarifləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Rasim Əliyev ailə institutunun möhkəmləndirilməsi, sağlam həyat tərzinin təşviqi və zorakılığın profilaktikası istiqamətində görülən işlərdən bəhs edib. Layihənin eksperti Gövhər Quliyeva isə məişət zorakılığının psixoloji və sosial təsirləri, erkən əlamətləri və müdafiə yolları barədə iştirakçılara məlumat verib.

Hüquqi yardım imkanları barədə məlumat verilib

Kollecin nümayəndəsi Gülər Quluzadə belə maarifləndirici layihələrin tələbələrin hüquqi biliklərinin artırılmasına töhfə verdiyini vurğulayıb. Vəkillər Kollegiyasının üzvləri Səadət Abdullazadə, Zinyət Ağamalıyeva və Məhrurə Kərimova məişət zorakılığı qurbanlarının hüquqları, qanunvericilik və hüquqi yardım imkanları barədə çıxış ediblər.

Tədbir interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb. Tələbələrə tədbirin əvvəlində dəftərxana ləvazimatları paylanılıb. Sonda qonaqlar və tələbələrlə xatirə şəkli çəkdirilib.

Mənbə: Planetİnfo.az

Aynur Camal

Oxşar xəbərlər

Alimlər ürək sağlamlığı üçün ən faydalı meyvə və tərəvəzləri müəyyən ediblər

Aynur Camal

ABŞ-da qızılca xəstəliyinə yoluxma halları son 33 ilin rekordunu yenilədi

Aynur Camal

Makadamiya qozunun iltihabla mübarizədə faydası aşkar edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu