6 C
Baku
30 Yanvar 2023, 6:31
Baş xəbər

Putindən açıqlama

vladimir putin

Rusiya prezidenti Vladimir Putin yenidən diqqətçəkən açıqlamalar verib.

Bu gün tv Editor.az -a istinadən xəbər verir ki ,Putin bəyan edib ki, ölkəsi nüvə tərksilahı və strateji sabitlik üzrə dialoqa hazırdır.

“Rusiya nüvə tərksilahı və strateji sabitlik üçün dialoqa hazırdır”, – deyə Putin “dialoq” mesajını verib.

Putin, doğma şəhəri olan Sankt-Peterburqda etdiyi çıxışda bunları deyib: “Rusiya strateji sabitliyi təmin etmək, kütləvi qırğınların yayılmasının qarşısını almaq və silahlara nəzarət sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün dialoqa hazırdır”.

Bu istiqamətdə diqqətli ortaq iş tələb edəcəyini bildirən Putin, Donbassda baş verənlərin” təkrarlanmasının qarşısını almağı hədəfləyəcəklərini də bildirib.

Rusiya Müdafiə Nazirliyi

Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyindən də mühüm açıqlamalar gəlib. Rusiya Ukrayna işğalının ilk günlərində nəzarət altına aldığı İlan adasından çəkildiyini açıqlayıb. Rusiya Müdafiə Nazirliyi bunun “xoşməramlı” addım olduğunu bəyan edib.

Ukrayna kənd təsərrüfatı

 

Bəyanatda qeyd olunub ki, Rusiya bu addımı ilə Ukraynada taxıl və digər kənd təsərrüfatı məhsullarının ixracı üçün humanitar dəhliz açılması səylərinə mane olmağa çalışmadığını göstərib.

Oxşar xəbərlər

Həftənin ilk günü hava necə olacaq? – PROQNOZ

Nigar Məmmədova

İlham Əliyev Füzulidə yeni hərbi hissədə yaradılan şəraitlə tanış olub – YENİLƏNİB

Nigar Məmmədova

İlon Mask köhnə viral videoya reaksiya verib

Aynur Camal

Şərh yazın