2 C
Baku
8 Fevral 2023, 18:25
Baş xəbərDünya

Rusiyadakı “Vostok-2022” beynəlxalq təlimlərinə Azərbaycan hərbçiləri də qatılacaqlar  

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, “Vostok-2022” təlimlərində 50 min nəfərdən çox hərbçi qatılacaq. Həmçinin bildirilir ki, “Vostok-2022”də beş mindən çox silah və hərbi texnika, o cümlədən 140 təyyarə, 60 döyüş gəmisi, qayıq və yardımçı gəmilər iştirak edəcək.

Təlimlər 2022-ci il sentyabrın 1-dən 7-dək Şərq Hərbi Dairəsinin yeddi poliqonunda keçiriləcək.

Təlimlərə silahlı qüvvələrdən Şərq Hərbi Dairəsinin hərbi komandanlığı, idarəetmə orqanları və qoşunları, habelə Hava-Dəniz Qüvvələrinin qüvvələrinin bir hissəsi, uzaq mənzilli və hərbi nəqliyyat aviasiyasına cəlb olunacaq.

Bundan əlavə, manevrlərdə KTMT, ŞƏT və digər tərəfdaş dövlətlərin operativ komanda-nəzarət qrupları, hərbi kontingentləri və müşahidəçiləri iştirak edəcək. Bunlar Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Laos, Monqolustan, Nikaraqua, Suriya və Tacikistandır.

Oxşar xəbərlər

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib

Aynur Camal

Kolyux: “Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qınayırıq”

Nigar Məmmədova

Xarici diplomların tanınma qaydaları dəyişdi

Aynur Camal

Şərh yazın