Baş xəbərSiyasət

‘Sarallar çetesi’ istintaqında məşhurların ifadələri alınıb

Bugün.tv  xəbər verir ki,  Aylin Coşkun, Necati Şaşmaz, Erkan Petekkaya və Sinan Engin “Sarallar çetesi” kimi tanınan cinayət təşkilatına qarşı aparılan istintaq çərçivəsində ifadə verməyə çağırılıb.
İyunun 28-də İstanbul Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən “Sarallar çetesi” kimi tanınan və İlyas Saral və Erdal Acarın rəhbərlik etdiyi iddia edilən mütəşəkkil cinayət qruplaşmasına qarşı təşkil edilən əməliyyatda 117 şübhəli saxlanılıb.

İstanbul, Yalova, Kocaeli, Manisa, Muğla, İzmir, Antalya, Sakarya, Trabzon, Tekirdağ, Samsun, Ankara və Artvində saxlanılan şübhəlilərin ifadələri  tamamlanmadığı üçün həbs müddətinin ikinci dəfə 4 gün uzadılması istənilib.

Müğənni Aylin Coşkun, aktyorlar Necati Şaşmaz və Erkan Petekkaya və idman şərhçisi Sinan Engin də ifadələri üçün polis bölməsinə çağırılıb. Necati Şaşmaz, Erkan Petekkaya və Sinan Engin ifadə vermək üçün polis bölməsinə gələrkən, Aylin Coşkunun hələ də zəngə cavab vermədiyi öyrənilib.

Bugün TV

Oxşar xəbərlər

Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi yayılan iddialarla bağlı rəsmi açıqlama verdi

Aynur Camal

Rusiya Dövlət Duması İlham Əliyevin Bakıdakı görüş açıqlamasını şərh etdi

Aynur Camal

Tramp administrasiyası Ukrayna üçün ayrılan 400 milyon dolları dondurdu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu