Baş xəbərDigər

Son on gündə Laçın və Kəlbəcərdə 72 mina aşkarlanıb

Laçın və Kəlbəcər rayonları ərazisindəki dəqiqləşdirilmiş mövqelərdə qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahələrindən son on gün ərzində 72 ədəd 2019-cu ildə Ermənistanda istehsal olunan PMN-E növlü piyada əleyhinə və 2 ədəd tank əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Cari ilin sentyabr ayı ərzində işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən 73 ədəd piyada əleyhinə, 47 ədəd tank əleyhinə mina və 8 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib, 273 hektar ərazi tam təmizlənib.

Ümumilikdə mühəndis-istehkam bölmələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə bu günədək 26455 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. 7558 ədəd piyada əleyhinə, 2342 ədəd tank əleyhinə mina və 9944 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

Aynur Camal

Oxşar xəbərlər

Razi Nurullayev: Sülhün möhkəmləndirilməsi üçün cəmiyyətlər arasında etimad artırılmalıdır

Aynur Camal

Rusiya və Ukrayna danışıqlar masasına oturur

Aynur Camal

QOLAT Sport Service idman tədbirlərinin təşkili və idman geyimlərinin hazırlanması ilə bağlı xidmətlər təqdim edir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu